Dövlət Yanğın Nəzarəti Xidməti Heydər Əliyevin 90 illiyi münasibətilə foto sərgi və kitab təqdimatı keçirib - APA TV

Dövlət Yanğın Nəzarəti Xidməti Heydər Əliyevin 90 illiyi münasibətilə foto sərgi və kitab təqdimatı keçirib - <span style="color: red;">APA TV
# 29 aprel 2013 09:23 (UTC +04:00)

Kitab Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Hikmət Xudiyev tərəfindən hazırlanıb.

APA-nın məlumatına görə, tədbirdə FHN-in müxtəlif strukturlarının rəhbərləri, millət vəkilləri iştirak ediblər.

Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi Elmar Hüseynov çıxışında H. Əliyev tərəfindən yanğın təhlükəsizliyi sektoruna göstərilən diqqətdən danışıb. Milli Məclisin üzvü Siyavuş Novruzov da H. Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda iri sənaye müəssisələri yerləşən şəhərlərdə və rayonlarda yanğın təhlükəsizliyinə göstərilən diqqətdən bəhs edib. O, son illər Azərbaycanla bir sıra ölkələr arasında fövqəladə hallarda xilasetmə sahəsində əməkdaşlığa dair çoxsaylı sazişlərin imzalandığını xatırladıb və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndiyini bildirib.

Milli Məclisin üzvləri Bəxtiyar Sadıqov və Aqil Abbas da ölkədə fövqəladə halların aradan qaldırılması sahəsində görülən işlərin davamlı olduğunu söyləyərək H. Əliyevin bu sahəyə qayğısı və həyata keçirdiyi tədbirlərdən danışıblar.

Tədbirdə çıxış edən digər şəxslər kitabın Azərbaycan yanğın təhlükəsizliyi sektoru üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR