Azərbaycanda kredit götürənlərin sayı durmadan artır - TƏHLİL

Azərbaycanda kredit götürənlərin sayı durmadan artır - <span style="color: red;">TƏHLİL
# 04 mart 2015 11:43 (UTC +04:00)

APA-Economics”in Mərkəzi Banka istinadən yaydığı məlumata görə, bunun 10 min 822 nəfəri hüquqi, 2 mln. 310 min 615-i fiziki şəxs, 20 min 796 nəfəri sahibkarlıq subyektidir.

Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı kəskin artır. Belə ki, 2014-cü ilin yanvar ayından indiyədək daha 348 454 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 613 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 4010 nəfərlik artım olub.

Təkcə 2014-cü ilin dekabr ayı ilə müqayisədə yanvarda bankdan kredit götürən fiziki şəxslərin sayında 25 389, sahibkarlıq subyektlərinin sayında 287, hüquqi şəxslərin sayında isə 47 nəfərlik artım olub.

Bu ilin yanvar ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 338 820 sorğu daxil olub. Başqa sözlə, son bir ildə Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 69,09% artıb. Bu sorğuların 322 947-si banklar tərəfindən daxil olub. 15873 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib.

2014-cü ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvar ayının göstəricilərini təhlil edəndə məlum olur ki, ümumilikdə fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında artım var. Başqa sözlə, dekabrda 10032 nəfər kredit tarixcəsini öyrənmək istəyib, yanvarda bu göstərici 15873-ə yüksəlib. Başqa sözlə, dekabr ayı ilə müqayisədə yanvarda fiziki şəxslərin sorğularının sayı 1,6 dəfə artıb.

Yanvar ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 342 233, kredit məlumatlarının ümumi sayı isə 9 159 169 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 083 605-dir.

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR