Ombudsmanın nümayəndələri Cəlilabad RPŞ-nin müvəqqəti saxlama yerinə baş çəkiblər

Ombudsmanın nümayəndələri Cəlilabad RPŞ-nin müvəqqəti saxlama yerinə baş çəkiblər
# 07 iyul 2015 12:06 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Cəlilabad Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, başçəkmə zamanı saxlama şəraitinin araşdırılması məqsədilə MSY-nin müvafiq otaqlarına baxış keçirilib. Havaların isti keçməsi ilə əlaqədar havalandırma və soyutma sisteminin çalışdığı müşahidə edilib. Qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, gəzinti, görüş, sovqat və telefon danışıqları, kameradan çıxarılma ilə bağlı sənədləşmə yoxlanılıb. Habelə MPQ üzvləri tərəfindən həmin müəssisədə 16 nəfər saxlanılan şəxs fərdi qaydada qəbul edilib, onlarla təkbətək söhbətlər aparılıb.

MSY-də saxlanılan şəxslər şəraitdən və müəssisə əməkdaşlarının rəftarından narazılıq etməyib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub. Hər birinə hüquqi məsləhətlər verilib.

Həmin müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına uyğun şəkildə sənədləşmənin təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR