“Bank of Baku" istehlak kreditləri üzrə komissiyanı 1%-dək endirib

“Bank of Baku" istehlak kreditləri üzrə komissiyanı 1%-dək endirib
# 10 iyul 2015 07:50 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Bank of Baku” istehlak kreditlərinin verilməsi şərtlərində müəyyən dəyişiklik edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilərin istəklərinə uyğun olaraq kreditin əldə olunmasına görə, ilkin xərclərin azaldılması məqsədilə, kreditin verilməsinə görə, komissiyalar kəskin şəkildə endirilərək 1% təyin edilib və kreditlərin faiz dərəcələrində isə cüzi artımlar olub.

Müştəri məmnuniyyətini nəzərə alaraq iyul 10-dan etibarən “Bank of Baku”, istehlak kreditləri üzrə komissiyanı 1% saxlayaraq faiz dərəcələrini əvvəlki faiz dərəcələrinə qaytarıb. Artıq bütün filiallarımızdan 10000AZN/USD-dək krediti 1% komissiya ilə 24 ayadək müddətə rəsmiləşdirmək mümkündür.

Hazırda bankda faktiki illik faiz dərəcəsi 25,47%-dən başlayır.

Krediti rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsi, elektron arayış və ya iş yerindən arayışı təqdim etmək kifayətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR