Ali Hərbi Dənizçilik Məktəbində general Əlağa Şıxlinskinin 150 illik yubileyi qeyd olunub

Ali Hərbi Dənizçilik Məktəbində general Əlağa Şıxlinskinin 150 illik yubileyi qeyd olunub
# 01 may 2015 16:48 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində (AAHDM) Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə artilleriya general-leytenantı Əlağa Şıxlinskinin 150 illik yubileyi münasibətilə tədbir keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbirdə AAHDM-in rəisi, I dərəcəli kapitan Əlimərdan Quliyev əfsanəvi generalın həyatından və şərəfli döyüş yolundan danışıb.

Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, muzeyin əməkdaşları və general nəslinin nümayəndəsi, ehtiyatda olan polkovnik-leytenant Ülvi Şıxlinski çıxış edərək Ə. Şıxlinskinin hərb sahəsindəki xidmətlərindən danışıblar, onun həyat və fəaliyyətinin müasir dövrümüzdə gənclərə böyük örnək olduğunu vurğulayıblar.

Tədbir iştirakçılarına Ə. Şıxlinskiyə həsr olunan videoçarx və rəssam Əmirxan Nuarın "Əlağa Şıxlinski Port-Arturda" adlı əsəri nümayiş edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR