Salyan sakini 12 yaşlı qardaşı oğlu ilə birgə Kürdə batıb - VİDEO

Salyan sakini 12 yaşlı qardaşı oğlu ilə birgə Kürdə batıb - <span style="color: red;">VİDEO
# 18 iyul 2014 07:02 (UTC +04:00)

Salyan Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, ötən gün saat 19.00 radələrində Salyan rayon Babazənən yaşayış massivinin sakini, 44 yaşlı Azər Ağabəy oğlu Əliyev və onun qardaşı oğlu, 12 yaşlı Sabir Şahin oğlu Əliyev Kür çayında çimərkən faciə baş verib.

Boğulan qardaşı oğlunu xilas etmək istəyən əmi özü də çayda batıb.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri uşağın meyiti çaydan çıxarıblar, A. Əliyevin meyitinin axtarışları davam etdirilir.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

Nazirliyin saytında yerləşdirilmiş məlumatda bildirilir ki, 2002-ci il təvəllüdlü Sabir Şahin oğlu Əliyev və 1970-ci il təvəllüdlü Azər Ağabəy oğlu Əliyev Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 5 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. Ş. Əliyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

A. Əliyevin cəsədinin axtarışı davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR