Donetsk vilayətində 21 ukraynalı hərbçi həlak olub

Donetsk vilayətində 21 ukraynalı hərbçi həlak olub
# 01 avqust 2014 02:03 (UTC +04:00)

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, Donetsk vilayətinin Şaxtyorsk şəhəri ərazisində terrorçuların “Qrad” qurğularından açdığı ardıcıl atəşlər nəticəsində 21 Ukrayna əsgəri həlak olub.

Atəş nəticəsində həmçinin xeyli sayda yaralananların olduğu bildirilir. Hazırda onları helikopterlərlə Dnepropetrovsk şəhərinə aparırlar.

Xatırladaq ki, Ukrayna ordusu və Milli Qvardiyasının son həftələr keçirdiyi uğurlu əməliyyatlar nəticəsində separatçı-terrorçu qruplaşmalar Donbass regionu ərazisinin böyük hissəsindən sıxışdırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR