Lənkəran teatrının truppası əsgərlər qarşısında xeyriyyə tamaşası ilə çıxış edib - FOTO

Lənkəran teatrının truppası əsgərlər qarşısında xeyriyyə tamaşası ilə çıxış edib - <span style="color: red;">FOTO
# 07 iyul 2014 16:30 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı mütəmadi olaraq Milli Ordunun və Sərhəd Qoşunlarının əsgərləri qarşısında xeyriyyə tamaşaları ilə çıxış edir. Teatrdan APA-nın cənub bürosuna verilən məlumata görə, ənənəsinə sadiq qalan yaradıcı kollektiv ötən bazar günü öz səhnəsində dramaturq Maarif Məmmədovun “Əcnəbi kürəkən” komediyası əsasında hazırlanmış tamaşanı gənc əsgərlərə təqdim edib.

Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi bu səhnə əsərinin quruluşçu rəssamı Tələt Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovundur. Baş rolu – Ulyam Keyt obrazını gənc aktyor Emin Fərzullayev ifa edib. Digər rollarda əməkdar artist Sucəddin Mirzəyev, aparıcı aktyorlat Eynəli Nurullayev, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Niftulla Əsgərov, Təranə Əzizova, Hikmət Cəfərov, Gülər Abbasova, Rauf Zeynalov və başqaları çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR