Bakıda avtomobil piyadanı vurub - VİDEO

Bakıda avtomobil piyadanı vurub - <span style="color: red;">VİDEO
# 02 iyun 2015 04:18 (UTC +04:00)

APA-nın məlumatına görə, metronun "Gənclik" stansiyasının yaxınlığında, Fətəli xan Xoyski küçəsində 50 yaşlı Xıdırov Abbas Misirxan oğlu yolu qarşı tərəfə keçmək istəyən zaman "Mercedes" markalı minik maşınının zərbəsinə tuş gəlib. Xəsarət alan piyada elə həmin avtomobilin sürücüsü tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb. Həkimlər Abbas Xıdırova qapalı kəllə-beyin travması diaqnozu təyin edib. Onun aşağı ətraflarında da sınıq xəsarətləri aşkar olunub.

Yol qəzası ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaqçıları məlumatlandırılıb. Sürücü ifadəsinin alınması üçün polisə dəvət olunub. Hadisənin piyadanın ehtiyatsızlığı səbəbindən baş verdiyi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR