Bakı 2015: I Avropa Oyunlarının bağlanış mərasiminin şou hissəsi keçirilib - YENİLƏNİB

Bakı 2015: I Avropa Oyunlarının bağlanış mərasiminin şou hissəsi keçirilib  - <span style="color: red;">YENİLƏNİB
# 28 iyun 2015 17:49 (UTC +04:00)

APA-nın məlumatına görə, açılış mərasiminin aparıcıları Murad Dadaşov və Hüsniyyə Məhərrəmova olublar.

Aparıcılar tamaşaçıları salamlayıblar. M. Dadaşov bu bağlanış mərasiminin dünyanın ən böyük şouları sırasına daxil olacağını vurğulayıb. Sonra səhnədə rəqs qrupu səhnədə “Yallı” rəqsini ifa edib.

Mahnı sədaları altında yeniyetmə idmançılar öz məharətlərini göstəriblər, rəqslər ifa olunub.

Müğənni Tünzalə Ağayeva səhnədə yer alıb, sonra M. Dadaşovun təklifi ilə stadionda “Meksika dalğası” yaşanıb.

Bununla da mərasimin şou-hissəsi başa çatıb.

***

saat 20.28

Bakı. Ramiz Mikayıloğlu - APA. Bakı Olimpiya Stadionunda Bakı-2015 I Avropa Oyunlarının bağlanış mərasiminin şou hissəsi başlayıb.

APA-nın məlumatına görə, bağlanış mərasiminin aparıcıları Murad Dadaşov və Hüsniyyə Məhərrəmovadır.

M. Dadaşov mərasimin dünyanın ən böyük şouları sırasına daxil olacağını vurğulayıb.

Sonra rəqs qrupu səhnədə “Yallı” rəqsini ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR