Bank Of Baku

Türkmənistanda köhnə təqvim bərpa olunub

Türkmənistanda köhnə təqvim bərpa olunub
# 01 iyul 2008 11:42 (UTC +04:00)
Bakı. Zaur Nurməmmədov-APA. İyulun 1-dən Türkmənistan yenidən Qreqorian təqviminə qayıdıb. APA-nın məlumatına görə, Türkmənistanın hazırkı prezidenti Qurbanqulu Berdımuhəmmədov köhnə təqvimə qayıtmaq barədə sərəncam imzalayıb. Köhnə təqvimi qaytarmaq təklifi ilə prezidentə parlamentin sədri Ağca Nurberdıyeva müraciət edib. Xatırladaq ki, Türkmənistanda ayların adı 2002-ci ilin avqustunda mərhum prezident Saparmurad Niyazov tərəfindən dəyişdirilib. Yeni ay adları Türkmənbaşının hakimiyyəti dövrünü, eləcə də türkmənlərin tarixini əks etdirib. Niyazovun qərarı ilə yanvar ayı "Türkmənbaşı", aprel ayı onun anasının adı ilə "Qurbansoltan", noyabr ayı "Səncər”, iyun ayı "Oğuz", fevral ayı "Bayraq", sentyabr isə "Ruhnamə" adlandırılıb. Müvafiq olaraq digər ayların da adı dəyişdirilib. Üstündən bir il keçəndən sonra Türkmənbaşı həftənin günlərinin adlarını da dəyişib. Bazar ertəsi “baş gün”, bazar günü isə “dinc gün” adlandırılıb. Şənbə isə Niyazovun “Ruhnamə”sinin şərəfinə “ruh gün” adlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR