Bank Of Baku

Monqolustanda hakim partiyanın qərargahı yandırılıb

Monqolustanda hakim partiyanın qərargahı yandırılıb
# 01 iyul 2008 15:14 (UTC +04:00)
Ulan-Bator APA. Monqolustanda keçirilən parlament seçkilərində hakim Xalq İnqilab Partiyasının qələbəsinin elan olunmasından sonra paytaxt Ulan-Batorda kütləvi iğtişaş başlayıb. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, təxminən 3 min müxalifət tərəfdarı seçkilərin saxtalaşdırıldığını bildirərək hakim partiyanın qərargahının qarşısına toplaşıb. Onlar binaya od vurublar. Polis kütləni dağıtmaq üçün havaya atəş açıb və gözyaşardıcı qazdan istifadə edib. Yanğınsöndürənlər daşa basılsalar da, yanğını söndürə biliblər. Ulan-Batorda qarışıqlıq davam edir.
Qeyd edək ki, Monqolustanda parlament seçkiləri iyunun 29-da keçirilib. İlkin məlumata görə, Xalq İnqilab Partiyası 76 yerlik Böyük Xalq Xuralında (parlament) 45, müxalifətçi Demokrat Partiyası isə 21 yer əldə edib. Xalq İnqilab Partiyası 1921-ci ildən hakimiyyətdədir. SSRİ-nin dağılmasından sonra partiya marksizm-leninizm prinsiplərindən imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR