Bank Of Baku

Monqolustandakı kütləvi iğtişaşlarda 4 nəfər ölüb

Monqolustandakı kütləvi iğtişaşlarda 4 nəfər ölüb
# 02 iyul 2008 08:33 (UTC +04:00)
Ulan-Bator APA. Monqolustanın paytaxtı Ulan-Batorda polislə müxalifət tərəfdarları arasında baş verən toqquşmalarda 4 nəfər ölüb. APA-nın xəbərinə görə, bu barədə Monqolustanın dövlət teleradio şirkəti MNB məlumat yayıb. Ölənlərdən ikisi güllə yaralarından keçinib, digər iki nəfərin hansı şəraitdə həlak olduğu bəlli deyil. İyulun 1-də başlayan kütləvi iğtişaşlarda hüquq-mühafizə orqanlarının 400-ə yaxın əməkdaşı yaralanıb. Paytaxtda 4 gün müddətinə fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Qeyd edək ki, Monqolustanda vəziyyət iyunun 29-da keçirilən parlament seçkilərindən sonra gərginləşib. Hakim Xalq İnqilab Partiyasının 76 yerlik Böyük Xalq Xuralında (parlament) 45, müxalifətçi Demokrat Partiyasının isə 21 yer əldə etməsi açıqlandıqdan sonra müxalifət tərəfdarları seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirərək etiraz aksiyalarına başlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR