Bank Of Baku

“Taliban” 3 NATO vertolyotunu oğurlayıb

“Taliban” 3 NATO vertolyotunu oğurlayıb
# 03 iyul 2008 07:31 (UTC +04:00)
Pakistan APA. Pakistanın şimalında fəaliyyət göstərən Əfqanıstanın “Taliban” hərəkatının yaraqlıları ABŞ-a məxsus üç vertolyot oğurlayıblar. APA-nın məlumatına görə, Almaniyanın “Die Welt” qəzeti yazıb ki, vertolyotlardan ikisi hərbi (“Cobra” və “Blackhawk”), biri isə “Chinook” tipli nəqliyyat vertolyotudur. Vertolyotlar ayrı-ayrı hissələrə sökülmüş halda Pakistanın Kəraçi limanından Əfqanıstanın Cəlalabad şəhərinə - NATO qüvvələrinin (İSAF) istifadəsinə göndərilirmiş. Böyük konteynerlərin içində olan vertolyotların hissələri Pakistanın Peşəvər rayonunun Əfqanıstanla sərhədində oğurlanıb. Pakistan hökuməti xəbəri təsdiqləyərək olayın üç həftə əvvəl baş verdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR