Bank Of Baku

İran hərbi təyyarəsi qəzaya uğrayıb

İran hərbi təyyarəsi qəzaya uğrayıb
# 07 iyul 2008 16:01 (UTC +04:00)
Tehran APA. İran Hərbi Hava Qüvvələrinə məxsus, ABŞ istehsalı olan F-5 təyyarəsi qəzaya uğrayıb. APA-nın AFP-yə istinadən yaydığı məlumata görə, hadisə bu gün yerli vaxtla saat 10.00-da Xuzistan əyalətində yerləşən Omide hərbi-hava bazasında baş verib. Qəzanın səbəbi, eləcə də ölən və yaralananları haqqında informasiya verilmir.
Qeyd edək ki, İran ABŞ təyyarələrini inqilabdan əvvəl Rza şah Pəhləvinin dövründə alıb. Hazırda isə Qərb ölkələri İrana embarqo tətbiq etdiyindən bu təyyarələrin müasirləşdirilməsi, ehtiyat hissələri ilə təmin olunması mümkün olmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR