Bank Of Baku

Əli Şirazi: “Müharibə başlayarsa, ilk növbədə İsrail və Fars körfəzindəki ABŞ gəmilərinə zərbə endirəcəyik”

Əli Şirazi: “Müharibə başlayarsa, ilk növbədə İsrail və Fars körfəzindəki ABŞ gəmilərinə zərbə endirəcəyik”
# 08 iyul 2008 14:10 (UTC +04:00)
Tehran-APA. “ABŞ və İsrail İrana qarşı hərbi təcavüzə başlasa, biz preventiv addımlar atacağıq”. APA-nın məlumatına görə, bu bəyanatla İran dini liderinin İran İslam İnqilabı Keşikçiləri Korpusundakı nümayəndəsi Əli Şirazi çıxış edib. O, hərbi təcavüz baş verəcəyi təqdirdə İsrailə və ABŞ-ın Fars körfəzindəki hərbi-dəniz qüvvələrinə zərbələr endiriləcəyini bildirib: “ABŞ-ın İrana ilk zərbəsi bu ölkənin dünyanın hər yerindəki maraqlarının zərbə altında qalması demək olacaq. Hazırda İran ordusunun döyüş qabiliyyəti islam inqilabı baş verdikdən keçən müddət ərzində ən yüksək həddədir. Sionist rejim ölkəmizə qarşı hərbi təcavüzə başlanması üçün Ağ Evə təzyiqlər edir. Əgər onlar belə bir axmaqlığa yol versələr, o zaman Tel-Əviv və Fars körfəzindəki amerikan gəmiləri ilk hədəfimiz olacaq. İran istənilən müharibədən qalib çıxacaq”. Qeyd edək ki, bu gündən etibarən İranda irimiqyaslı hərbi təlimlər başlayıb. Təlimlərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun birləşmələri, raket qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri də iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR