Bank Of Baku

Yaponiyanın dövlət qurumu Kuril adalarını ölkənin ərazisi elan edib

Yaponiyanın dövlət qurumu Kuril adalarını ölkənin ərazisi elan edib
# 14 iyul 2008 12:21 (UTC +04:00)
Tokio-APA. Yaponiya Maarif və Elm Nazirliyi qonşu dövlətlərə ərazi iddiasını rəsmiləşdirən addım atıb. APA-nın məlumatına görə, nazirliyin bu gün nəşr etdirdiyi elmi-metodiki məcmuələrdə Kuril adaları Rusiya tərəfindən qanunsuz olaraq işğal edilmiş Yaponiya əraziləri kimi göstərilib və müəllimlərə Yaponiyanın bu adaların qaytarılması tələbinin ədalətli olduğunu tədris etmək tapşırılıb. Bundan başqa məcmuələrdə Cənubi Koreyanın Tokto adası da işğal altında olan Yaponiya torpağı kimi qələmə verilib. Cənubi Koreya hökuməti Yaponiya rəsmi qurumlarının bu addımına dərhal reaksiya verib və Tokiodakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Rusiya isə hələlik Yaponiyanın ərazi iddialarına reaksiya verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR