Bank Of Baku

Çində 4,6 bal gücündə zəlzələ baş verib

Çində 4,6 bal gücündə zəlzələ baş verib
# 18 iyul 2008 07:52 (UTC +04:00)
Pekin-APA. Çinin Sıçuan vilayətində bu gün səhər yeni yeraltı təkanlar qeydə alınıb. APA-nın məlumatına görə, iki saatlıq fasilə ilə qeydə alınan təkanların gücü 4,1-4,6 bal olub. Dağıntı və tələfat barədə məlumat verilmir. Dünən axşam saatlarında isə Çinin Tanqla aşırımında 5,3 bal gücündə zəlzələ baş verib. Qeyd edək ki, Sıçuanda mayın 12-də baş verən dağıdıcı zəlzələdən sonra Çində mindən artıq müxtəlif gücdə yeraltı təkan qeydə alınıb. Çin Vətəndaş Administrasiyası Nazirliyinin rəsmi məlumatlarına görə, Sıçuanda baş verən zəlzələdə 169,197 nəfər ölüb, 374,176 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR