Bank Of Baku

Məşhur ərəb pop ulduzu vəhşicəsinə qətlə yetirilib

Məşhur ərəb pop ulduzu vəhşicəsinə qətlə yetirilib
# 30 iyul 2008 07:46 (UTC +04:00)
Dubay – APA. Məşhur livanlı müğənni Suzan Tamim Birləşmiş Ərəb Əmirliklərində öldürülüb. APA-nın məlumatına görə, Livan mətbuatı sənətçinin Dubayda yaşadığı mənzildə naməlum şəxs (və ya şəxslər) tərəfindən vəhşicəsinə qətlə yetirildiyini yazıb. S. Tamimin dəfələrlə bıçaqlandığı və sifətinin küt alətlə parçalandığı bildirilir. 1996-cı ildə qatıldığı musiqi yarışmasındakı qələbəsindən sonra populyarlaşan və açıq-saçıq geyimləri, həmçinin boşanma qalmaqalları ilə ərəb mətbuatının gündəmində düşməyən S. Tamim ötən ilin sonlarından Dubayda yaşayırmış. Dubay polisi qətllə bağlı açıqlama verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR