Bank Of Baku

İranda PKK və PJAK terror təşkilatlarına qarşı geniş əməliyyat keçirilib

İranda PKK və PJAK terror təşkilatlarına qarşı geniş əməliyyat keçirilib
# 07 avqust 2008 09:37 (UTC +04:00)
İran – APA. İranın təhlükəsizlik qüvvələri PKK və bu terror təşkilatının İrandakı qolu olan PJAK-a qarşı geniş əməliyyat keçiriblər. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat nəticəsində 11 terrorçu məhv edilib, 17-si isə sağ yaxalanıb. Salmas, Xoy və Mərivan bölgələrində keçirilən əməliyyatlarda terror təşkilatının İran üzrə 2 məsul təmsilçisi də öldürülüb. PJAK-ın Qəndil dağının İran hissəsində yerləşən mövqeləri isə top atəşinə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR