Buşəhr AES-in istifadəyə verilmə müddəti daha bir il uzadılıb
18 avqust 2008 09:12 (UTC +04:00)
Tehran-APA. Buşəhr atom-elektrik stansiyasında montaj işləri başa çatıb. APA-nın məlumatına görə, tikinti işlərini aparan Rusiyanın “Atomstroyeksport” şirkəti Buşəhr AES-də işlərin tam başa çatması üçün ən azı il yarım vaxt lazım olduğunu bəyan edib. Şirkətin bu açıqlaması İran rəhbərliyini narazı salıb. İran tərəfi Buşəhr AES-in ilin sonuna kimi istifadəyə veriləcəyi barədə verilən vədlərə əməl edilməsini istəyir. Qeyd edək ki, adı çəkilən stansiyanın tikintisinə dair “Atomstroyeksport”la İran hökuməti arasında 1995-ci ildə saziş imzalanıb. Saziş çərçivəsində reaktora ilk yanacaq yanvarın sonunda yüklənib. Uranın zənginləşdirilməsi prosesi başa çatdıqdan sonra yanacaq tullantıları Rusiyaya qaytarılacaq. Qeyd edək ki, Buşəhr AES-in tikintisinə 1 milyard dolların sərf olunması nəzərdə tutulur.
Asiya
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb - YENİLƏNİB
00:15
3 may 2024
İran XİN: Saxlanılan “MCS Aries” gəmisinin heyəti sərbəst buraxılıb
23:02
2 may 2024
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:13
2 may 2024
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:01
2 may 2024