Bank Of Baku

Pakistanda terror aktı: 45 ölü, 100-dən artıq yaralı

Pakistanda terror aktı: 45 ölü,  100-dən artıq yaralı
# 21 avqust 2008 13:30 (UTC +04:00)
İslamabad-APA. İslamabad yaxınlığında ölkənin iri hərbi zavodlarından birində terrorçu-kamikadzelərin həyata keçirdiyi terror aktı nəticəsində ən azı 45 nəfər ölüb, 100-dən artıq şəxs yaralanıb. APA-nın məlumatına görə, kamikadzelər bədənlərinə bağladıqları partlayıcı qurğuları zavodun iki çıxış qapısında eyni vaxtda işə salıblar. Terror aktı zavodda növbə dəyişməsi zamanı baş verdiyindən qurbanların sayı çox olub. Terror aktının Taliban hərəkatı tərəfindən törədildiyi güman edilir. Hərəkat rəhbərliyi bir neçə gün əvvəl yaydığı bəyanatda Pakistan ordusunun Əfqanıstanla sərhəddə taliblərə qarşı keçirdiyi əməliyyata layiqli cavab veriləcəyini bəyan edib. Qeyd edək ki, bu əməliyyat zamanı 500-dən artıq Taliban üzvü zərərsizləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR