Bank Of Baku

İsrail 198 fələstinlini azad edib

İsrail 198 fələstinlini azad edib
# 25 avqust 2008 09:30 (UTC +04:00)
Tel-Əviv – APA. İsrail hakimiyyəti avqustun 25-də səhər 198 fələstinli məhbusu azad edib. APA-nın “Ynetnews”-a istinadən verdiyi məlumata görə, məhbuslar Fələstin lideri Mahmud Abbasa olan xoş münasibətin nəticəsi olaraq azad olunublar. Məhbusların azadlığa buraxılacağı barədə M. Abbasla İsrailin baş naziri Ehud Olmert arasında avqustun 6-da keçirilmiş görüşdə razılıq əldə edilib.

Azad olunacaq şəxslərin siyahısında əvvəldən 199 nəfərin adı olsa da, sonradan onlardan birinə qarşı cinayət ittihamının irəli sürüldüyü müəyyən edildiyindən, həmin şəxsin adı siyahıdan çıxarılıb. Azadlığa çıxmazdan əvvəl bütün fələstinlilərdən terror aktlarında iştirak etməyəcəkləri barədə yazılı öhdəlik alınıb. Azad olunmuş məhbuslar
Ramallada M. Abbasla görüşəcək və təntənəli mərasimdə iştirak edəcəklər.

Bundan başqa, azad olunan 3 məhbusun şərəfinə Hevron və Nablusda xüsusi mərasim təşkil olunacaq. Bunlar Səid əl-Ataba, Əbu Əli Yata (o, həmçinin Məhəmməd İbrahim əbu Əli kimi də tanınır) və Hussam Haderdir. Səid əl-Ataba yəhudi qızı öldürməkdə təqsirli bilinərək, 1977-ci ildə ömürlük azadlıqdan məhrumetmə cəzasına, Əbu Əli Yata isə israilli tələbəni öldürməkdə təqsirli bilinərək, 1979-cu ildə eyni cəzaya məhkum edilib. Dəmir barmaqlıqlar arxasında olmasına baxmayaraq, Əbu Əli Yata 2003-cü ildə Fələstin parlamentinə seçilib. FƏTH hərəkatının rəhbərliyinə daxil olan və 2003-cü ildə həbs olunmuş Hussam Hader də Fələstin parlamentinin üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR