Banqladeşdə ikibaşlı uşaq dünyaya gəlib - FOTO

Banqladeşdə ikibaşlı uşaq dünyaya gəlib - <font color=red>FOTO</font>
# 28 avqust 2008 11:30 (UTC +04:00)
Banqladeş-APA. Banqladeşdə iki başlı uşağın dünyaya gəlməsi bütün ölkəni şoka salıb. APA-nın məlumatına görə, iki başlı uşaq paytaxt Dəkkədən 135 kilometr məsafədə yerləşən Keşobpur şəhərində dünyaya gəlib. Həkimlər 22 yaşlı qadın üzərində Qeysər kəsiyi əməliyyatı aparıldığını, dünyaya gələnə ikibaşlı uşağın 5,5 kilo çəkisinin olduğunu bildiriblər. İki başlı uşağın bir mədəsi, iki ağzı olub. Bu barədə məlumat yayıldıqdan sonra ikibaşlı uşağı görmək üçün xəstəxananın qarşısına 150 mindən artıq şəxs toplaşıb. İctimai asayişin pozulmasından narahat olan xəstəxana rəhbərliyi uşaq və anasını polislərin müşayiəti ilə “Jessore” doğum evinə göndərib. Kiron adlandırılan uşaqların bir neçə gendən sonra qızdırması olub və həkimlərin müdaxiləsinə rəğmən ikibaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb. “Təbiətin səhvi” adlandırılan uşaq bu gün dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR