Terror aktı ehtimalına görə Pakistanın bütün aeroportları fəaliyyətini dayandırıb
25 sentyabr 2008 10:40 (UTC +04:00)
İslamabad-APA. Pakistanın bütün hava limanları müvəqqəti olaraq fəaliyyətini dayandırıb. APA-nın məlumatına görə, bu gün səhər İslamabaddakı Bənazir Bhutto adına aeroportunun dispetçer məntəqəsinə və Pakistan İnternational Airlines şirkətinə zəng vuran şəxs hava limanının əsas binasının minalandığını bildirib. Daha sonra yerli kütləvi informasiya vasitələrinin redaksiyalarına da analoji məzmunda zənglər daxil olub. Bu zənglərdə ölkənin bütün hava limanlarının minalandığı bildirilir. Terror aktı ehtimalı səbəbilə ölkə ərazisində bütün daxili və xarici reyslər üzrə uçuşlar təxirə salınıb. Xatırladaq ki, sentyabrın 20-də İslamabadda “Marriot” otelində törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürmüş “İslam fədailəri” qruplaşması hökuməti yeni terror aktları ilə hədələyib.
Asiya
Çində magistralın çökməsi nəticəsində 36 nəfər ölüb - YENİLƏNİB-1
07:40
2 may 2024
Çin ABŞ-ni Rusiya ilə ticarətə müdaxilə etməmək barədə xəbərdarlıq edib
06:50
2 may 2024
İndoneziyada Ruanq vulkanının püskürməsi nəticəsində 12 min sakin təxliyə edilib
05:57
2 may 2024
İran AEBA-nın 130 müfəttişinin ölkədə işləməsinə icazə verib
20:27
1 may 2024