Bank Of Baku

Xameneinin müşaviri: ABŞ İranla saziş üçün 24 milyard dollarlıq aktivləri azad etməlidir

Xameneinin müşaviri: ABŞ İranla saziş üçün 24 milyard dollarlıq aktivləri azad etməlidir
# 05 iyun 2026 20:54 (UTC +04:00)

ABŞ və İran arasında mümkün sazişin imzalanması Vaşinqtonun 24 milyard dollar həcmində İran aktivlərini dondurulmuş vəziyyətdən çıxarmağa hazır olmasından asılıdır.

Bu barədə İranın ali liderinin hərbi müşaviri Möhsün Rzai CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, danışıqlar hazırda çıxılmaz vəziyyətə düşüb və bu vəziyyətdən çıxış yolu ABŞ Prezidenti Donald Trampın əlindədir.

“Danışıqlar dalana dirənib və Tramp onları bu vəziyyətdən çıxarmalıdır. Top Trampın meydançasındadır”, – deyə Rzai vurğulayıb.

İran rəsmisi qeyd edib ki, Tehran dondurulmuş vəsaitlərin azad edilməsini tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün vacib addım hesab edir.

“Əgər Tramp İranla razılıq əldə etmək istəyirsə, bu 24 milyard dollar etimad sınağıdır. İran bu sınağı Trampa təklif edir. Amerika bu imtahandan keçməlidir və bundan sonra yol açıq olacaq. Bu pullar Amerikaya deyil, İrana məxsusdur”, – deyə Möhsün Rzai bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR