Bank Of Baku

Çin ABŞ-la hərbi əməkdaşlığı dondurduğunu bəyan edib

Çin ABŞ-la hərbi əməkdaşlığı dondurduğunu bəyan edib
# 07 oktyabr 2008 08:46 (UTC +04:00)
Pekin-APA. Amerika Birləşmiş Ştatlarının Tayvana 6,5 milyard dollar həcmində silah satması rəsmi Pekinin ciddi narazılığına səbəb olub. APA-nın məlumatına görə, bu gün Çin hökuməti ABŞ-la hərbi sahədə əməkdaşlığı qeyri-müəyyən müddətə dondurduğunu açıqlayıb. ÇİN Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Vaşinqtonun son addımı Çin-ABŞ münasibətlərinə ciddi zərbə vuracaq. Bununla belə ABŞ hökuməti ötən həftə Konqresi Tayvana silah satışına dair planlarla tanış edib. Pentaqon Tayvana “Patriot III” raket əleyhinə müdafiə sistemləri, radiolokasiya təyyarələri, “Apaçi” vertolyotları satmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR