Düşənbədə HİV probleminə həsr olunmuş üçüncü parlamentlərarası konfrans keçiriləcək

Düşənbədə HİV probleminə həsr olunmuş üçüncü parlamentlərarası konfrans keçiriləcək
# 07 oktyabr 2008 14:02 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin HİV mövzusunda üçüncü parlamentlərarası konfransı oktyabrın 9-10-da Düşənbədə keçiriləcək. APA-nın məlumatına görə, konfransda əmək miqrantları arasında HİV profilaktikası məqsədilə normativ və qanunverici bazanın təkmilləşdirilməsi, narkotik maddə istifadəçiləri və məhbusların HİV-dən müalicə olunması üçün qanunverici baryerlərin aradan qaldırılması kimi məsələlər müzakirə olunacaq. Müzakirələrin yekununda parlamentlərarası konfransın qətnaməsi qəbul olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR