Bank Of Baku

ABŞ hərbi təyyarəsinin İran ərazisinə endirilməsi barədə xəbər təkzib olunub – YENİLƏNİB

ABŞ hərbi təyyarəsinin İran ərazisinə endirilməsi barədə xəbər təkzib olunub – <font color=red>YENİLƏNİB</font>
# 07 oktyabr 2008 15:52 (UTC +04:00)
APA-nın “FARS” agentliyinə istinadən verdiyi məlumata görə, “Falcon” tipli ABŞ hərbi təyyarəsi İranın hava sərhədlərini pozub. İran Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə ABŞ təyyarəsini təqib edərək onu ölkə ərazisindəki aerodromların birinə enməyə məcbur edib. “BBC News” təyyarənin Türkiyə ərazisindən havaya qalxdığını və alçaqdan uçduğunu xəbər verib. Təyyarədə 5 amerikalı general və 3 mülki şəxs olub. Bu şəxslər iranlılar tərəfindən dindiriliblər və hadisədən bir gün sonra buraxılıblar. Müəyyən olunub ki, Əfqanıstana uçan təyyarə İranın hava məkanını təsadüfən pozub. ABŞ təyyarəsinin Əfqanıstana uçmasına icazə verilib.

Ancaq xəbər yayıldıqdan bir qədər sonra İran dövlət televiziyası təkziblə çıxış edib. Yerə endirilən təyyarənin mülki olduğu və ABŞ-a məxsus olmadığı açıqlanıb. Pentaqon da məlumatı təkzib edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR