Yaponiyanın baş naziri: “Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İr xəstəxanaya yerləşdirilib”

Yaponiyanın baş naziri: “Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İr xəstəxanaya yerləşdirilib”
# 28 oktyabr 2008 08:42 (UTC +04:00)
Bakı - APA. Koreya Xalq Demokratik Respublikasının (ŞKDR) lideri Kim Çen İr hazırda xəstəxanadadır. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə Yaponiyanın baş naziri Taro Aso bildirib. Yaponiya hökumətinin xarici siyasətə həsr olunmuş müşavirəsində çıxış edən T. Aso KXDR liderinin xəstəxanaya yerləşdirilməsi barədə onda məlumat olduğunu bildirib. Bununla belə o, K. Ç. İrin iş qabiliyyətini itirmədiyini, fəaliyyətini davam etdirdiyini vurğulayıb: “Onun vəziyyəti qeyri-qənaətbəxş olsa da, biz hesab etmirik ki, qərar qəbul etmək imkanında deyil”.

Qeyd edək ki, Şimali Koreya hakimiyyəti bəzi mətbuat orqanlarında rəsmi Pxenyanın ölkə rəhbərliyində dəyişiklərlə bağlı vacib bəyanat hazırladığı barədə məlumatı dəhşətli yalan adlandırıb. Yaponiyanın “Yomiuri Shimbun” qəzeti oktyabrın 19-da naməlum mənbəyə istinadən belə bir bəyanatın yayılacağı ilə bağlı KXDR-in xarici ölkələrdəki diplomatlarına hazır olmaq tapşırığı verildiyini yazıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR