Bank Of Baku

Pakistanda baş verən zəlzələdə 80 nəfər ölüb, 40 nəfər yaralanıb

Pakistanda baş verən zəlzələdə 80 nəfər ölüb, 40 nəfər yaralanıb
# 29 oktyabr 2008 07:59 (UTC +04:00)
İslamabad-APA. Pakistan qərbində baş verən zəlzələ nəticəsində ən azı 80 nəfər ölüb, 40 nəfər yaralanıb. APA-nın məlumatına görə, Bəlucistan vilayətində dağıntılar altından 25 nəfərin cəsədi çıxarılıb. Yaxınlıqdakı Kvetta şəhərində isə minimum iki nəfərin öldüyü bildirilir. Yerli hakimiyyət orqanları zəlzələ qurbanlarının sayının artacağını güman edir, hələlik yeraltı təkanlar qeydə alınmış digər bölgələrdə tələfat və dağıntılarla bağlı məlumat yoxdur. ABŞ Geoloji Xidmətinin mütəxəssisləri yerli vaxtla 04.09-da baş verən zəlzələnin 6,2 bal gücündə olduğunu ehtimal edirlər. Yeraltı təkanların episentri Kvetta şəhərinin 70 kilometr şimal-şərqinə düşüb. Qeyd edək ki, 2005-ci ilin oktyabrında Pakistanın şimal-qərbində baş verən 7,6 bal gücündə zəlzələ 73 min nəfərin ölümünə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR