Bank Of Baku

Hindistanda baş verən terror aksiyalarında təxminən 30 nəfər ölüb

Hindistanda baş verən terror aksiyalarında təxminən 30 nəfər ölüb
# 30 oktyabr 2008 10:32 (UTC +04:00)
Dehli – APA. Hindistanın şimal-şərqindəki Assam ştatında partlayışlar baş verib. APA-nın “BBC News”a istinadən verdiyi məlumata görə, partlayışlarda 32-yə yaxın adam ölüb, 80-ə yaxın adam yaralanıb. Beynəlxalq agentliklər 9-12 bombanın partladığını xəbər verirlər. Təkcə Quvaxati şəhərində 4 partlayış olub, 15 nəfər ölüb. Terror aksiyalarına görə məsuliyyəti heç kim öz üzərinə götürməyib. Polisin fikrincə, partlayışların arxasında Assam Birləşmiş Azadlıq Cəbhəsi dayana bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR