Bank Of Baku

Əfqanıstanın Mədəniyyət və İnformasiya Nazirliyində terror aksiyası baş verib

Əfqanıstanın Mədəniyyət və İnformasiya Nazirliyində terror aksiyası baş verib
# 30 oktyabr 2008 10:43 (UTC +04:00)
Kabil – APA. Əfqanıstanın Mədəniyyət və İnformasiya Nazirliyində terror aksiyası baş verib. APA-nın “BBC News”a istinadən verdiyi məlumata görə, nazirlikdə kamikadzenin özünü partlatması nəticəsində ölənlər və yaralananlar var. “Associated Press” agentliyi 1 nəfərin öldüyü və 12 nəfərin yaralandığı haqda xəbər yayıb. Şahidlər içəri 2 və ya 3 terrorçunun daxil olduğunu, onlardan birinin üzərindəki partlayıcı qurğunu işə saldığını bildiriblər.

Qeyd edək ki, Əfqanıstanda terror aksiyaları tez-tez baş versə də, nazirliklərdə terror olması gözlənilməz hadisədir. Çünki nazirliklər ciddi şəkildə qorunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR