Bank Of Baku

Əlirza Sərrafi, Səid Muğanlı, Həsən Rəşidi və Mehdi Nəimi həbsxanada aclıq aksiyasına başlayıblar

Əlirza Sərrafi, Səid Muğanlı, Həsən Rəşidi və Mehdi Nəimi həbsxanada aclıq aksiyasına başlayıblar
# 03 noyabr 2008 14:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından Əlirza Sərrafi, Səid Muğanlı, Həsən Rəşidi və Mehdi Nəimi saxlandıqları həbsxanada aclıq aksiyasına başlayıblar. Dünya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, sentyabrın 10-da Tehranda 20-yə yaxın azərbaycanlı fəalla birgə həbs olunan adıçəkilən 4 nəfər istintaqın gedişinə və cəzaçəkmə müəssisəsindəki şəraitə etiraz edirlər. Aclıq aksiyası keçirənlər günahsız olduqlarından sərbəst buraxılmalarını, müdafiə ilə təmin olunmaq üçün şərait yaradılmalarını tələb edirlər. İrandakı mənbələrindən verilən məlumata görə, aclıq aksiyası keçirən azərbaycanlı hüquq müdafiəçilərinin səhhətindən problem yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR