Bank Of Baku

Səddam Hüseyn edam olunduqdan sonra onun bədəninə bir neçə bıçaq zərbəsi endirilib

Səddam Hüseyn edam olunduqdan sonra onun bədəninə bir neçə bıçaq zərbəsi endirilib
# 03 noyabr 2008 16:24 (UTC +04:00)
Bağdad-APA. İraqın sabiq prezidenti Səddam Hüseynin edamından sonra onun bədəninə bir neçə bıçaq zərbəsi endirilib. APA-nın məlumatına görə, bu fikirləri sabiq prezidentin məzarının baş mühafizəçisi Tələl Misrab “The Times” nəşrinə müsahibəsində deyib. Sabiq prezidentin dəfnində şəxsən iştirak edən Tələl Misrab onun bədənində 6 bıçaq zərbəsi gördüyünü bildirib: “Zərbələrdən ikisi kürək nahiyəsinə, dördü döş nahiyəsinə endirilmişdi. Hüseynin sifətində də yaralar var idi. Dediklərimi dəfndə iştirak edən 300-ə yaxın insan təsdiqləyə bilər”. Qeyd edək ki, Səddam Hüseynin edam səhnəsi naməlum şəxs tərəfindən gizli kamera ilə çəkilib. Kamerada cəlladların edamdan əvvəl diktatoru təhqir etdikləri və şiə şüarları səsləndirdikləri aşkar görünür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR