Bank Of Baku

BMT baş katibi: “Dünyada baş verən böhranlar sürətlə gedən urbanizasiya ilə bağlıdır”

BMT baş katibi: “Dünyada baş verən böhranlar sürətlə gedən urbanizasiya ilə bağlıdır”
# 04 noyabr 2008 08:30 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Dünyada baş verən böhranlar sürətlə gedən urbanizasiya ilə bağlıdır”. APA-nın məlumatına görə, bunu BMT-nin baş katibi Pan Gi Mun Çində keçirilən şəhərlər probleminə dair 4-cü Ümumdünya forumunda deyib. Baş katib bildirib ki, 2030-cu ildə dünya əhalisinin 2/3-si şəhərli olacaq.

“Dünyada heç zaman belə surətli urbanizasiya baş verməyib. Bu proses şəhərlilərin yoxsullaşması ilə müşahidə olunur. Yoxsulların 1/3-i gecəqondularda yaşayır” deyən Pan Gi Mun hesab edir ki, qəti tədbirlər görülməsə, gecəqondularda yaşayanların sayı 2030-cu ildə 2 milyard nəfərə çatacaq.

Baş katib həmçinin hesab edir ki, ərzaq, enerji və maliyyə böhranları mənzil bazarında olan böhranla qismən bağlıdır. O bu 3 böhranın birləşməsinin uzun illərdən bəri yoxsulluqla aparılan səyləri heçə endirə biləcəyindən ehtiyat etdiyini vurğulayıb: “Biz buna imkan verməməliyik. Müasir şəhərlərin harmonik inkişafı konsepsiyası həyata keçirilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR