Bank Of Baku

İranın daxili işlər naziri Oksford Universitetinin diplomunu saxtalaşdırdığına görə vəzifədən uzaqlaşdırılıb

İranın daxili işlər naziri Oksford Universitetinin diplomunu saxtalaşdırdığına görə vəzifədən uzaqlaşdırılıb
# 04 noyabr 2008 12:04 (UTC +04:00)
Tehran-APA. İran parlamenti Oksford Universitetinin diplomunun saxtalaşdıran daxili işlər naziri Əli Kordonu istefaya göndərib. APA-nın məlumatına görə, səsvermədə iştirak edən 247 millət vəkilindən 188 nəfəri nazirin istefaya göndərilməsi təklifini dəstəkləyiblər.

Qeyd edək ki, bu yaxınlara qədər malik olduğu diplomun həqiqi olduğunu iddia edən Əli Kordon sonradan diplomu saxtalaşdırdığını boynuna alıb. Oksford Universiteti Əli Kordonun bu təhsil müəssisəsində oxumadığını açıqladıqdan sonra nazir prezident Mahmud Əhmədinejada yazdığı məktubda bunu etiraf edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR