Bank Of Baku

Britaniyalı hərbçi İran lehinə casusluq etməkdə ittiham olunub

Britaniyalı hərbçi İran lehinə casusluq etməkdə ittiham olunub
# 06 noyabr 2008 07:41 (UTC +04:00)
London-APA. London mərkəzi cinayət məhkəməsi britaniyalı hərbçini İran lehinə casusluq etməkdə təqsirli bilib. APA-nın məlumatına görə, 45 yaşlı Daniel Ceyms Əfqanıstanda general Devid Riçardsın tərcüməçisi işləyib. O, 2006-cı ildə İranın Kabildəki hərbi attaşesinə kodlaşdırılmış məktub göndərərkən yaxalanıb. Axtarış zamanı Ceymsin üzərindən içərisində məxfi informasiya olan çip-kart aşkarlanıb. Daniel Ceymsə qarşı dövlət sirri haqqında qanunun pozulması və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. İstintaq zamanı məlum olub ki, Tehranda anadan olmuş Daniel Ceyms öz həmkarları arasında dəfələrlə İrana simpatiya hissləri ifadə edib və britaniyalı siyasətçilərin İran siyasətinə narazılıq bildirib. Özünə qarşı ittihamları rədd edən Daniel Ceyms bildirib ki, onun niyyəti İrandan Əfqanıstana qaz nəqlinə dair sazişin imzalanmasına kömək etmək olub. Britaniyalı hərbçinin fikrincə bu addım İran-ABŞ münasibətlərinin normallaşmasına təsir göstərə bilərdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR