İranda azərbaycanlıların hüquqlarının müdafiəsi uğrunda fəallardan İbrahim Rəşidi həbsdən azad olunub

İranda azərbaycanlıların hüquqlarının müdafiəsi uğrunda fəallardan İbrahim Rəşidi həbsdən azad olunub
# 06 noyabr 2008 09:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Güney Azərbaycan Milli Hərəkatının fəalı İbrahim Rəşidi (Savalan) həbsdən azad edilib. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İ. Rəşidi 5 ay həbs cəzasını çəkdikdən və 500 min rial cərimə ödədikdən sonra sərbəst buraxılıb. Avqustun 5-dən Urmiya həbsxanasında saxlanılan İ. Rəşidi (Savalan) milli fəaliyyətinə görə ali təhsildən məhrum edilib, 2006-cı ilin may aksiyalarına qatıldığına görə, mayın 28-də Urmiya şəhərində həbs olunub, 68 gün təkadamlıq kamerada saxlanıldıqdan sonra 5 ay həbs və 20 şallaq cəzasına məhkum edilib. İbrahim Savalan fars rejiminə qarşı təbliğat aparmaqda, pantürkizm və qanunsuz aksiyalarda iştirakda günahlandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR