Bank Of Baku

İrandan açıq hədə: ABŞ hücum edərsə, Hörmüz boğazını bağlayacağıq

İrandan açıq hədə: ABŞ hücum edərsə, Hörmüz boğazını bağlayacağıq
# 06 noyabr 2008 11:51 (UTC +04:00)
Tehran. Ramil Məmmədli-APA. “ABŞ və İsrail İrana hərbi təcavüz edərsə, Hörmüz boğazını bağlayacağıq. Dünya neftinin 40 faizi bu boğaz vasitəsilə daşınır. Ümidvarıq ki, nə Bara körfəzini, nə də Hörmüz boğazını bağlamağa gərək qalmayacaq. Amma təcavüzə məruz qalsaq, həmin boğazları bağlamağa məcbur qalacağıq”. APA-nın məlumatına görə, bu bəyanatla İran Silahlı Qüvvələri baş qərargah rəisinin müavini Məsud Cəzairi çıxış edib. Qeyd edək ki, NATO Hərbi-Dəniz Qüvvələrinin komandanı, admiral Maurizio Gemiqnani Küveytə rəsmi səfəri zamanı İranın Hörmüz boğazını bağlamaq təhdidini xəyal adlandırmışdı. NATO admiralının açıqlamasını dəyərləndirən Məsud Cəzairi bildirib ki, İran donanması sahilə 300 kilometr məsafədə bütün hədəfləri vura bilmək gücündədir və zərurət olarsa, boğazdan bir gəminin belə keçidinə imkan verməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR