Mahmud Əhmədnejat Barak Obamanı təbrik edib

Mahmud Əhmədnejat Barak Obamanı təbrik edib
# 07 noyabr 2008 09:04 (UTC +04:00)
APA-nın məlumatına görə, M. Əhmədnejat təbrik məktubunda B. Obamadan ABŞ-ın işğalçı, aşağılayıcı, aldadıcı, ədalətsiz siyasətini digər millətlərə hörmətə, ədalətə, dostluğa və sülhə çevirməsini, başqa ölkələrin və xalqların daxili işlərinə qarışmamasını istəyib. O bildirib ki, İran xalqı xüsusən ABŞ-ın Yaxın və Orta Şərq siyasətində baş verəcək köklü, ədalətli dəyişikliyi məmnuniyyətlə qarşılayacaq: “Ümid edirəm ki, bu fürsətdən insanlara xidmət, insaf və ədalət istiqamətində istifadə edəcəksiniz”.
Qeyd edək ki, islam inqilabından bu yana ilk dəfədir İran prezidenti yeni seçilən ABŞ prezidentinə təbrik məktubu göndərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR