Bank Of Baku

Bağdadda baş verən terror aktında 25 nəfər ölüb, 48 nəfər yaralanıb

Bağdadda baş verən terror aktında 25 nəfər ölüb, 48 nəfər yaralanıb
# 10 noyabr 2008 10:16 (UTC +04:00)
Bağdad-APA. Bu gün İraq paytaxtında dəhşətli terror aktı baş verib. APA-nın məlumatına görə, Bağdadın Kəsrə məhəlləsində minalanmış avtomobilin partladılması nəticəsində ən azı 25 nəfər ölüb, 48 nəfər yaralanıb. Hadisə yerinə əhalinin toplaşmasından sonra terrorçu kamikadzenin bədənindəki “şəhid qurşağı”nı işə salması terror qurbanlarının sayını daha da artırıb. Partlayış nəticəsində ölən və yaralananların sayının artacağı güman olunur. Qeyd edək ki, dünən terrorçuların Əl-Falluca və Əl-Xalis şəhərlərində törətdiyi partlayışlar nəticəsində 8 İraq vətəndaşı ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR