Bank Of Baku

İranın ali məktəblərinin tələbə birlikləri ölkədə azərbaycanlıların həbsi ilə bağlı bəyanatla çıxış ediblər

İranın ali məktəblərinin tələbə birlikləri ölkədə azərbaycanlıların həbsi ilə bağlı bəyanatla çıxış ediblər
# 10 noyabr 2008 15:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarının həbsi ilə müşayiət olunan prosesə etiraz olaraq bu ölkənin 29 ali məktəbinin tələbə birlikləri bəyanatla çıxış ediblər. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda İran dövlətinin ölkənin qeyri-fars millətinə qarşı assimilyasiya siyasəti pislənilib, azərbaycanlıların tələblərinin həyata keçirilməsi istiqamətində hökumətdən zəruri addımlar atılması tələb olunub. Bəyanatda o da qeyd olunub ki, Güney Azərbaycanda milli haqlarını müdafiə edən onlarla gənc, tələbə və ziyalı İran xüsusi xidmət orqanları tərəfindən həbs olunur, təzyiq və işgəncələrə məruz qalır. Bəyanatda İran Konstitusiyasının 15 və 19-cu maddələrinin pozulmasına da diqqət yönəldildiyi diqqətə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR