İranın ali təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisinə qadağa qoyulub

İranın ali təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisinə qadağa qoyulub
# 11 noyabr 2008 09:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İranın Azərbaycan şəhərlərində fəaliyyət göstərən ali məktəblərdə Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisinə imkan verilmir. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir neçə ay bundan öncə Təbriz Dövlət Universitetində Azərbaycan türkcəsində dil və ədəbiyyat fəninin tədrisinə qadağa qoyulub. İran Təhsil Nazirliyi bu bölmənin Ərdəbilin Mühəqqiq Universitetində yaradılmasına da qarşı çıxıb. Dak-dan o da bildirilib ki, İran qanunlarına görə, 5 illik təhsil bölmələrinin genişlənməsi layihəsi çərçivəsində Azərbaycan türkcəsində dil və ədəbiyyat bölməsinin yaranması nəzərə tutulsa da, Güney Azərbaycanın heç bir ali təhsil müəssisəsində bu qərar icra olunmur. İran Təhsil Nazirliyi Azərbaycan türkcəsində dil və ədəbiyyat fənnindən başqa, siyasi elmlər, turizm işinin təşkili, informatika, jurnalistika, beynəlxalq əlaqələr, kibernetika, iqtisadiyyat və sosial elmlər bölmələrinin yaradılmasının da əleyhinə çıxıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR