Bank Of Baku

İnternet asılılığı rəsmən xəstəlik kimi tanınıb

İnternet asılılığı rəsmən xəstəlik kimi tanınıb
# 12 noyabr 2008 08:14 (UTC +04:00)
Pekin – APA. Çin həkimləri internet asılılığını rəsmən xəstəlik kimi tanıyıblar. APA-nın məlumatına görə, internet-asılılığın diaqnostik meyarları və müalicəsi üçün tövsiyələr müəyyənləşdirilib, psixiatrik klinikalara isə bu xəstəliyə düçar olmuş şəxslərə kömək etmək məsləhət görülüb. Xəstəlik və onun diaqnostik kriteriyaları Pekin Mərkəzi Hərbi Hospital tərəfindən 1300 problemli internet istifadəçisi haqqında materiallar əsasında müəyyən edilib. İnternetə girmək üçün qarşısıalınmaz istək, əqli və ya fiziki tükənmə, qıcıqlanma, yuxu rejiminin pozulması və ya diqqəti toplaya bilməmə bu xəstəliyin əsas simptomlarıdır. Əgər bir şəxs gün ərzində azı 6 saatını internetdə keçirirsə və davamlı olaraq 3 ay ərzində bu asılılığın simptomlarından biri onda müşahidə edilirsə, o, internet xəstəsi sayılır. Pekin Mərkəzi Hərbi Hospitalının həkimi Tao Ran xəstələrin 80%-nin müalicəsinin mümkün olduğunu söyləyib. Müalicə kursu 3 ay davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR