İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası növbəti hesabatını açıqlayıb

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası növbəti hesabatını açıqlayıb
# 12 noyabr 2008 13:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (ADAPP) oktyabr ayı ilə bağlı hesabatını açıqlayıb. ADAPP-dan APA-ya verilən məlumata görə, sənəddə son aylarda İranda azərbaycanlılarla bağlı baş verən hadisələrə diqqət çəkilib. Hesabatda bildirilib ki, sentyabrın 10-da həbs olunan 19 nəfər azərbaycanlı hüquq müdafiəçisi və ziyalı girov müqabilində həbsdən azad ediliblər. Hesabatda həbsxanaların saxlanma şəraiti də pislənilib və bildirilib ki, cəzaçəkmə müəssisələrinin vəziyyəti çox aşağı səviyyədədir, o cümlədən məhbuslarla münasibət isə acınacaqlı haldadır. Həbsdə olduqları dövrdə azərbaycanlı hüquq müdafiəçilərinə vəkil tutmağa icazə verilmir, ailə üzvləri ilə görüşlərə maneçilik törədilir. Sənəddə həbs olunan tələbələrlə bağlı məsələyə də diqqət yönəldilib: “Oktyabrın 28-də Təbriz Universitetinin yeddi və İsfahan universitetinin bir tələbəsi girov müqabilində müvəqqəti olaraq azadlığa buraxılıblar. Güney Azərbaycanın tanınmış fəalı Abbas Lisani də oktyabrın 29-da 30 aylıq məhkumluq müddətini başa vurduqdan sonra sərbəst buraxılıb. Avqustun 5-dən Urmiya həbsxanasında olan azərbaycanlı gənc şair və yazıçı İbrahim Rəşidi də noyabrın 5-də azadlığa çıxıb. Azərbaycan milli fəallarından Əbdülhüccət Tanrıverdian isə Təbrizdə “qanunsuz yığıncaqlarda iştirak yolu ilə ictimai asayişi pozmaq” ittihamı ilə 6 aylıq şərti həbs və 40 şallaq cəzasına məhkum edilib. Ə. Tanrverdian əvvəllər məhkum olunmadığına görə, hakim hökmün icrasını 2 illiyə təxirə salıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR