Bank Of Baku

İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından Hüseyn Səttari azadlığa buraxılıb

İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından Hüseyn Səttari azadlığa buraxılıb
# 13 noyabr 2008 11:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Hüseyn Səttari noyabrın 12-də sərbəst buraxılıb. APA-nın İrandakı azərbaycanlı tələbə hərəkatının məxsus www.oyrenci.com saytına istinadən verdiyi məlumata görə, Qum şəhərində fəaliyyət göstərən Müfid Universitetinin tələbəsi H. Səttari noyabrın 9-da milli ayrı-seçkilik salmaqda, İran qanunlarını pozmaqda ittiham olunaraq, bu ölkənin İnformasiya Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub. Qurumun yaydığı digər məlumatda isə bildirilib ki, 49 gün öncə həbs olunan Ərdəbil sakini Rəhim Hacızadə barədə isə heç bir məlumat yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR