Bank Of Baku

Çinin ən kök adamı arıqlayıb

Çinin ən kök adamı arıqlayıb
# 13 noyabr 2008 14:31 (UTC +04:00)
Pekin – APA. 2007-ci ildə Çində ən kök adam seçilmiş Yan Çan xeyli çəki atıb. APA-nın məlumatına görə, əvvəl 240 kq olan Y. Çan indi 120 kilodur. O, dayanmaq fikrində deyil və çəkisini 90 kiloya qədər azaltmaq istəyir.

Y. Çan ifrat köklüyü səbəbindən işdən çıxarıldıqdan sonra arıqlamaq qərarına gəlib. İşsizlik müavinəti ilə başını girləyən çinli qida rasionunu kəskin şəkildə ixtisar edib. Bu ixtisara qədər o, bir oturuma 1,5 kq ət və 0,5 kq düyü yeyirmiş. Y. Çan müxtəlif vasitələrlə arıqlamaq istəsə də, bunlar müvəqqəti effekt verib. Ancaq ənənəvi Çin Təbabəti Mərkəzi onun köməyinə gəlib. “Füsunkar gombullar” müsabiqəsində qalib gələn Y. Çan pulsuz müalicə hüququ qazanıb. O, akupunktur üsulu, müalicəvi bitkilər və kəskin dietlə müalicə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR