Bank Of Baku

Səttarxanın məzarı önündə azərbaycanlılarla İran polisi arasında qarşıdurma baş verib

Səttarxanın məzarı önündə azərbaycanlılarla İran polisi arasında qarşıdurma baş verib
# 14 noyabr 2008 15:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İranda ötən əsrin əvvəllərində baş tutan Məşrutə hərəkatının lideri Səttarxanın vəfatının 94-cü ili ilə bağlı anım mərasiminə toplaşan azərbaycanlılarla bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, noyabrın 13-də Tehranın Şah Əbdüləzim ziyarətgahında keçirilən anım mərasiminə toplaşan azərbaycanlılardan tədbirin dağılması tələb olunub. Mərasimi əngəlləmək üçün bütün vasitələrdən istifadə edən hüquq-mühafizə orqanlarının əməkdaşları tədbirə qatılmaq istəyən azərbaycanlıları məzarlığa çatmağa imkan verməyiblər. Tədbirə gələn azərbaycanlılar məzarlığın yaxınlığında avtobus və digər nəqliyyat vasitələrinə mindirilərək məcburi şəkildə ərazidən uzaqlaşdırılıblar. Səttarxanın məzarı üzərinə toplaşan ziyalılar və azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəalları isə polis tərəfindən hücuma məruz qalıblar. Bir qisim mərasim iştirakçısı, o cümlədən də milli fəallar Abdullah Abbasi Cavan, Hüseyn Hüseyni, Firuz Hüseynpur İran İnformasiya Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs ediliblər. Onların Tehrandakı “Evin” həbsxanasına aparıldığı bildirilir. Həbs olunanlardan bəziləri axşam saatlarında sərbəst buraxılsalar da, onlara məxsus mobil telefonlar qaytarılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR