Bank Of Baku

Pakistanda “Əl-Qaida”nın liderlərindən biri öldürülüb

Pakistanda “Əl-Qaida”nın liderlərindən biri öldürülüb
# 19 noyabr 2008 11:59 (UTC +04:00)
İslamabad-APA. Pakistan ərazisinə endirilən hava zərbələri nəticəsində ən azı dörd terrorçu öldürülüb. APA-nın məlumatına görə, öldürülənlər arasında “Əl-Qaida” terror təşkilatının yüksək vəzifəli nümayəndəsi Abdulla Əzəm əl-Saudi də var. Hava zərbələri ABŞ-a məxsus pilotsuz təyyarədən endirilib. Pakistan xüsusi xidmət orqanları həlak olanların hamısının xarici vətəndaşlar olduğunu açıqlayıb. Yerli sakinlər aviasiya zərbələrindən sonra ərazinin çoxlu sayda Taliban döyüşçüsü tərəfindən mühasirəyə alındığını bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR